XeberPlus

Ən son xəbərlər

Ölkə

Bu il neçə erkən evlilik cəhdinin qarşısı alınıb? – RƏSMİ

Azərbaycanda cari ilin 8 ayı ərzində 12 erkən evlilik halının qarşısı alınıb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, 12 erkən evlilik halının qarşısı alınıb.

Bildirilib ki, hesabat dövründə quruma yetkinlik yaşına çatmayanların erkən evliliyə cəlb edilməsi ilə bağlı ümumilikdə 15 müraciət daxil olub.

Müraciətlərdən 12-si üzrə qanunsuz nikah cəhdinin qarşısı vaxtında alınıb.

Dövlət Komitəsindən həmçinin xatırladılıb ki, azyaşlıların erkən evliliyə məcbur edilməsi qanunvericiliyə əsasən Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə ciddi məsuliyyət və cəza tədbirləri yaradır./Moderator.az/

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *