XeberPlus

Ən son xəbərlər

Maraqlı

Səadət sarayının maraqlı tarixi – Hamının səadəti olmağa davam edir

Bu gün minlərlə insanının xoş gününə şahidlik edən Səadət Sarayının maraqlı tarixi var. Binanın tikilməsi isə heç də təsadüfü deyil.

XeberPlus.com
bildirir ki, Səadət Sarayının bünövrəsinin qoyulması da məhz sevgidən yaranır.
Sarayın tikilməsi Murtuza Muxtarovun təşəbbüsü ilə baş tutub. Milyonçu müxtəlif quberniyalara səfər edər, müqavilələr bağlayardı. Bir gün o Vladiqafqazda tanınan generalı Hambi Tuqanovla tanış olur. General Murtuza bəyi evinə qonaq edir. Bu zaman generalın qızı Liza xanımı görən milyonçu ona bir-könüldən min könülə aşiq olur. Aralarında yaş fərqi generalın bu işə qol qoymasına əvvəlcə imkan verməsədə sonradan oda razılaşır.

Dəbdəbəli toydan sonra cütlük Venesiyaya səyahət edir. Burada gəzərkən onlar memearlıq baxımından olduqca gözəl olan tikiliyə rast gəlirlər. Heyranlığını gizlədə bilməyən Liza xanım “Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!” – deyə heyranlığını dilə gətirir.

Bakıya qayıdan Murtuza bəy Venesiyaya adam göndərərək həmin binanaın çertiyojlarını əks etdirən sürəti gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır. Murtuza Muxtarov Liza xanımı bura gətirir. Liza xanım gözəl memarlıq üslunda tikilmiş sarayı gördükdə çox sevinir. Cütlük burada 1920-ci ilədək yaşaya bilir. Sonra isə sovet rejimi binanın ələ keçirir. Evinə 3 nəfər rus zabitinin soxulduğunu görən Muxtarov bu rüsvayçılığa dözməyərək əvvəlcə onları, sonra isə özünü güllələyir.

Onların sevərək tikdirdiyi möhtəşəm saray bu gün ailə qurmağa addım atan hər kəsin sevincinə şərik olmağa davam edir.

Murtuza Muxtarov və Liza Xanım

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *