XeberPlus

Ən son xəbərlər

Xarici Siyasət

İran: “ABŞ bəzi şərtlərimizi qəbul edib, lakin bu, kifayət deyil”

İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Möhsün Rzayi ABŞ-nin İranın irəli sürdüyü 7 şərtdən bəzilərini qəbul etdiyini, lakin verilən cavabın yetərli olmadığını bildirib.

XeberPlus.com türk mediasına istinadla xəbər verir ki, O bu barədə sosial mediada paylaşım edib.

“ABŞ İranın 7 şərtindən bəzilərini qəbul edib, lakin biz bu cavabı kifayət hesab etmirik. İran diplomatiyası dəyişib və əvvəlki vəziyyətə qayıdış olmayacaq”.

Möhsün Rızayi ABŞ-nin İranı ələ keçirmək istədiyini lakin İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən aldadıldığını və nəticədə bəşər tarixinin ən “axmaq” müharibələrindən birini başlatdığını və buna nail ola bilmədiyini qeyd edib.

“ABŞ ordusu heç vaxt bu qədər utancverici vəziyyətə düşməyib”, – deyə o vurğulayıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *