XeberPlus

Ən son xəbərlər

Digər

Rusiyaya keçmək istəyən iki əcnəbinin qarşısı alındı

Dövlət sərhədini pozmağa cəhd göstərən iki Əlcəzair vətəndaşı saxlanılıb.

XeberPlus.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən iki Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı saxlanılıb.

Saxlanılan şəxslərin 1994-cü il təvəllüdlü Maxluf Huari və 1996-cı il təvəllüdlü Brahim Huari olduğu bildirilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *