XeberPlus.com Axşam.az-a istinadən xəbər verir ki Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan yoxlamalar zamanı dondurma məhsullarından birində təhlükəsizlik tələblərinə uyğun olmayan hallar aşkarlanıb.
Yoxlama zamanı 13 istehsalçıya məxsus 27 dondurma nümunəsi laboratoriyada araşdırılıb. Nəticədə “Fantaziya” əmtəə nişanlı “Matroskin” südlü dondurmasında E.Coli və Enterobacteriacea bakteriyaları üzrə uyğunsuzluq müəyyən edilib.
Həmçinin məhsulun etiketində kərə yağı istifadə edildiyi göstərilsə də, tərkibində bitki sterinləri aşkarlanıb.
AQTA tərəfindən müəssisədə istehsal dayandırılıb, məhsulların satışdan çıxarılması və geri çağırılması ilə bağlı tədbirlər görülüb. Ümumilikdə 158,4 kq uyğunsuz dondurma məhsulu məhv edilib.







