XeberPlus

Ən son xəbərlər

Dünya

Dənizə 10 min ton kimyəvi maddə tökdülər: Böyük ekoloji fəlakət yaratdılar

1967-ci ildə İngiltərədə baş verən Torrey Canyon tanker qəzası tarixdə ən böyük neft sızıntılarından biri kimi yadda qalıb. Tanker qayalara çırpıldıqdan sonra təxminən 120 min ton neft dənizə yayılıb.

Neftin sahilə çatmasının qarşısını almaq üçün İngiltərə hökuməti dənizə təxminən 10 min ton sənaye tipli təmizləyici kimyəvi maddə töküb. Lakin gözlənilən nəticənin əksinə olaraq, bu müdaxilə vəziyyəti daha da ağırlaşdırlb.

Kimyəvi maddələr nefti yox etmək əvəzinə dəniz ekosisteminə əlavə zərər vurub. Nəticədə yüzlərlə dəniz canlısı, balıq növləri və minlərlə quş həyatını itirib. Hadisə sonradan dəniz çirklənməsinə qarşı beynəlxalq qaydaların hazırlanmasına səbəb olan ən mühüm ekoloji fəlakətlərdən biri hesab edilib.

Mənbə: Onedio

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *