XeberPlus

Ən son xəbərlər

Mədəniyyət

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

Qazaxıstanda “Molla Nəsrəddin – çətin günlərin dostu” filminin çəkilişlərinin yekun mərhələsinə start verilib. Layihə altı türk ölkəsinin kinematoqrafçılarını bir araya gətirib.

AZƏRTAC Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, bundan əvvəl çəkiliş qrupu Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Özbəkistanda işləyib. Yekun çəkilişlər Almatı vilayətində, Almatı və Türküstan şəhərlərində, o cümlədən Xoca Əhməd Yasəvi məqbərəsinin ərazisində aparılacaq.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir. Xoca Nəsrəddin obrazını Qazaxıstanın Əməkdar artisti Saqızbay Karabalin canlandırır.

Layihə 2023-cü ildə Şuşada keçirilən TÜRKSOY Daimi Şurasının 40-cı iclasında irəli sürülüb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *