Bu gün Misli Premyer Liqasında 10-cu turun növbəti matçları keçiriləcək.
XeberPlus.com xəbər verir ki, “Neftçi” “Şamaxı” ilə üz-üzə gələcək.
Matç 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.
Günün növbəti qarşılaşması Gəncə stadionunda baş tutacaq. Burada “Kəpəz” və “İmişli” komandaları üz-üzə gələcək. Görüşün start fiti saat 17:30-da səslənəcək.








