XeberPlus

Ən son xəbərlər

Texnologiya

Napoleonun 200 illik şifrəsini süni intellekt cəmi 6 saata qırdı

Fransa imperatoru Napoleon Bonapartın 1809-cu ildə generallarından birinə göndərdiyi şifrəli hərbi məktub iki əsrdən çox davam edən sirrdən sonra süni intellekt vasitəsilə üzə çıxarıb.

XeberPlus.com xəbər verir ki, ABŞ-ın SentinelOne şirkətində çalışan 27 yaşlı süni intellekt mühəndisi Carter Church OpenAI tərəfindən hazırlanmış GPT-6 Astra modelinin köməyi ilə məktubun şifrəsini cəmi altı saata açıb. Təxminən 24 sətirdən ibarət məktubda hərbi mövqelərlə bağlı məlumatlar yer alıb.

Church əldə etdiyi nəticənin doğruluğunu yoxlamaq üçün tarixi şifrələri araşdıran Cryptiana saytının rəhbəri Satoshi Tomokiyo ilə əlaqə saxlayıb. Tomokiyonun sözlərinə görə, 2026-cı ildə süni intellekt vasitəsilə əvvəllər həll olunmamış bir sıra tarixi şifrələr də açılıb.

Bu uğur kriptologiya həvəskarlarında fərqli hisslər yaradıb. Tarixi sirlərin açılması sevinc doğursa da, illərlə həll edilməyən tapmacaların bir neçə saata qırılması bəzi araşdırmaçıları məyus edib.

Süni intellekt tarixi araşdırmalarda yalnız şifrələrin açılması üçün istifadə olunmur. Alimlər bu texnologiya vasitəsilə qədim əlyazmaları, vulkan püskürməsi nəticəsində kömürləşmiş papirusları və tarixi arxivləri araşdıraraq keçmişə dair yeni məlumatlar əldə edirlər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *