XeberPlus

Ən son xəbərlər

Hadisə

Ağstafada QƏZA: Fəhlələri daşıyan mikrovtobus aşdı

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

XeberPlus.com APA-ya istinadla xəbər verir ki, hadisə Soyuqbulaq-Köçvəlili yolunda qeydə alınıb.

Qeyd olunub ki, “Ford Tranzit” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb, daha sonra yolun kənarına aşıb. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qəzaya düşənlər fəhlələr olub.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *