XeberPlus

Ən son xəbərlər

Dünya

Meşədən 52 kiloqram qızıl və milyonlarla pul tapıldı

Hindistanda meşəlik ərazidə tərk edilmiş şübhəli SUV avtomobilində böyük məbləğdə sərvət aşkarlanıb. Polis əməkdaşları avtomobilin baqajında və oturacaqların altında gizlədilmiş 52 kiloqram külçə qızıl və təxminən 1,76 milyon manat dəyərində nağd pul tapıb.

Hadisə Hindistanın meşəlik bölgələrindən birində baş verib. Polis əməkdaşları ağacların arasında tərk edilmiş avtomobili görərək yoxlama aparıblar. Avtomobilin içərisindən çıxan qızıl və pulların mənbəyini müəyyən etmək üçün araşdırma başladılıb.

İlkin məlumata görə, tapılan 98,6 milyon rup (təxminən 1,76 milyon manat) nağd pul və qızılın hansı yolla əldə edildiyi araşdırılır. Polis hadisənin bölgədə aparılan böyük korrupsiya əməliyyatları ilə əlaqəli ola biləcəyini də araşdırır.

İstintaq davam edir.

Mənbə: Sözcü

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *