XeberPlus

Ən son xəbərlər

Maqazin

Manifest qrupunun qurucusu Tolga Akışın narkotik testi məlum oldu

“Manifest” qrupunun qurucusu və meneceri Tolga Akışla bağlı aparılan istintaqda yeni məlumat ortaya çıxıb. Akışın narkotik vasitələrdən istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün götürülən nümunələrin nəticəsi açıqlanıb.

XeberPlus.com xəbər verir ki, məhkəmə-tibbi ekspertiza çərçivəsində Akışdan nümunələr götürülüb. Ədli Tibb Qurumu tərəfindən aparılan araşdırmanın nəticələrinə əsasən, həmin nümunələrdə narkotik maddə aşkarlanmayıb və test mənfi nəticələnib.

Qeyd edək ki, Tolga Akış barəsində 27 avqustda “ədəbsizlik”, narkotik maddədən istifadə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması iddiaları ilə bağlı istintaq çərçivəsində əməliyyat keçirilib. O, 28 avqustda “ədəbsiz yayımların yayılmasına vasitəçilik etmək” ittihamı üzrə həbs edilib. İstintaqın digər istiqamətləri üzrə araşdırmalar davam edir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *