Usta aktyor Kadir İnanırın ölümündən 4 il əvvəl notariusda hazırlatdığı vəsiyyətnaməsi üzə çıxıb
XeberPlus.com xəbər verir ki, İnanırı vəkili Bişar Abdi Alınak bildirib ki, aktyor vəsiyyətnaməni həkim rəyi və iki şahidin iştirakı ilə İstanbulun Beyoğlu rayonundakı Notariatda hazırladıb.
Vəkilin sözlərinə görə, Kadir İnanır vəsiyyətnaməsini “Mirasçılarımdan son istəyim və arzum vəsiyyətimə əməl etmələridir” sözləri ilə yekunlaşdırıb.
Məlumata görə, Kadir İnanır 2015-ci ildə hazırlatdığı əvvəlki vəsiyyətnaməni ləğv edərək, 9 may 2022-ci ildə yeni vəsiyyətnamə tərtib etdirib. Sənədə əsasən, aktyor üç avtomobilini, daşınmaz əmlaklarındakı bütün hüquq və paylarını, bank və investisiya hesablarındakı vəsaitlərini və faizlərini, kolleksiyalarını, sənət əsərlərini, maddi və mənəvi dəyəri olan bütün əşyalarını, eləcə də bütün alacaq və müəlliflik hüquqlarını həyat yoldaşının adına keçirib.
Sənədə əsasən, miras açıldığı zaman Kural həyatda olmazsa, bütün mirasın İnsan Hüquqları Dərnəyi, Türkiyə İnsan Hüquqları Fondu və Nesin Fonduna bərabər şəkildə bölüşdürülməsi nəzərdə tutulub.







