Türkiyəli müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə bağlı paylaşım edib.
XeberPlus.com xəbər verir ki, O evliliklərinin 12-ci ildönümü olduğunu açıqlayıb:
“12 il, bir eşq, bir ömür və bizə hədiyyə iki gözəl övlad. Həyatın mənə verdiyi ən gözəl şeylərdən biri sən, ən qiymətli xəzinəmiz isə iki oğlumuz. Birlikdə ailə olduq, birlikdə xatirələr yığdıq, birlikdə böyüdük. Bu gün yenə səni seçərdim. Çünki sən sadəcə həyat yoldaşım deyil, həyat dostum və uşaqlarımın anasısan. Yaxşı ki, həyatımdasan, yaxşı ki, ailəmizsən. 12 ilimiz mübarək olsun, sevgilim. Səni dünən sevdiyimdən daha çox, sabah bugündən daha çox sevəcəyəm”.








