XeberPlus

Ən son xəbərlər

Araşdırma

Kitab oxumaq alzheimer riskini azaldır?

Kitab oxumaq təkcə məlumat toplamaq və dünyagörüşünü artırmaq üçün deyil, beynin uzunmüddətli sağlamlığı baxımından da faydalıdır.

Araşdırmalara görə, həyat boyu mütəmadi olaraq oxumaq, yazmaq və digər zehni fəaliyyətlərlə məşğul olmaq alzheimer xəstəliyi riskinin daha aşağı olması ilə əlaqələndirilir. 2026-cı ildə Neurology jurnalında dərc olunan araşdırmada 1939 nəfər təxminən səkkiz il ərzində izlənilib. Zehni baxımdan daha aktiv olan iştirakçılarda Alzheimer riskinin 38 faiz daha aşağı olduğu müəyyənləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, oxumaq diqqət, yaddaş və düşünmə qabiliyyətlərini daim işlək vəziyyətdə saxlamağa kömək edə bilər. Belə fəaliyyətlərin beyində “koqnitiv ehtiyat”ın formalaşmasına töhfə verdiyi və yaşla bağlı zehni geriləməyə qarşı müəyyən qoruyucu təsir göstərə biləcəyi düşünülür.

Lakin alimlər bir məqama diqqət çəkirlər bu nəticələr kitab oxumağın birbaşa alzheimer xəstəliyinin qarşısını aldığını sübut etmir. Araşdırmalar əsasən oxumaq və digər zehni fəaliyyətlərlə xəstəlik riski arasında əlaqəni göstərir.

Yəni kitab oxumaq üçün yaş məhdudiyyəti yoxdur. Hər gün bir neçə səhifə belə oxumaq həm yeni məlumat öyrənməyə, həm də zehni aktivliyi qorumağa kömək edən sadə vərdişlərdən biri ola bilər.

Mənbə: dha.com.tr

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *