XeberPlus

Ən son xəbərlər

İdman

Kerem Aktürkoğlunun transferi Fənərbaxçaya əlavə 1 milyon avroya başa gələcək

Türkiyənin “Fənərbaxça” klubu futbolçu Kerem Aktürkoğlunun transferi ilə bağlı Portuqaliyanın “Benfika” klubuna əlavə 1 milyon avro ödəyəcək.

XeberPlus.com xəbər verir ki, jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, futbolçunun transfer müqaviləsində nəzərdə tutulan iki bonus şərti yerinə yetirilib.

Bildirilib ki, bonuslardan biri Kerem Aktürkoğlunun UEFA Çempionlar Liqasında meydana çıxması, digəri isə ümumilikdə 30 qola töhfə verməsi ilə bağlıdır.

Bu şərtlərin yerinə yetirilməsi ilə “Benfika” əlavə 1 milyon avro əldə edəcək. Bununla da “Fənərbaxça”nın futbolçunun transferi üçün ödəyəcəyi ümumi məbləğ artacaq.

Qeyd edək ki, hər iki bonus üzrə ayrıca ödəniləcək məbləğ barədə məlumat açıqlanmayıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *