Rusiyanın Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
XeberPlus.com xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, T. Dolivetsin səhhətində hər hansı problem yoxdur:
“Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb”.







