XeberPlus

Ən son xəbərlər

Hadisə

Kəlbəcərdə mina partlayıb, xəsarət alan var

Kəlbəcər rayonunda mina partlaması nəticəsində bir nəfər xəsarət alıb.

XeberPlus.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.

Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Süleymanov Kamran Şükür oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb. Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *