Türkiyənin Muğla bölgəsinin Milas rayonunda keçirilən 3 gün 3 gecəlik Yörük toyundan sonra milyonlarla lirəlik zinət əşyalarının yoxa çıxması ilə bağlı qalmaqal yaşanıb. Toyda taxılan təxminən 165 min manat dəyərində qızıl və zinət əşyalarının itkin düşdüyü iddia edilir.
İddialara görə, Özbəkistan vətəndaşı olan gəlin Mamura Culponova toyun ardından qızıllarla birlikdə yoxa çıxıb. Ailənin şikayəti əsasında başladılan araşdırma zamanı gəlin polis tərəfindən saxlanılıb.
O ittihamları qəbul etməyib. ifadəsində bütün qızılları yox, yalnız 20 ədəd 250 qram qızıl və 9 min manat pul götürdüyünü, digər zinət əşyalarının isə qayınatasında olduğunu iddia edib.
Polisin evdə apardığı axtarış zamanı itkin düşdüyü deyilən qızıllar tapılmayıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Mənbə: Haberler.com







