XeberPlus

Ən son xəbərlər

Maraqlı

İtaliyada inanılmaz hadisə: 1 milyon avroluq lotereya bileti zibillikdən tapıldı

İtaliyanın cənubundakı Bitonto şəhərində 1 milyon avro dəyərində uduş gətirən lotereya bileti təsadüfən zibilə atıldıqdan iki gün sonra tapılıb. Bilet 6 tonluq tullantının içərisindən çıxarılıb.

Məlumata görə, adı açıqlanmayan şəxs yerli lotereya məntəqəsində biletini yoxlatdırarkən sistemdə “ödəniş mümkün deyil” xəbərdarlığı ilə qarşılaşıb. Uduş məbləğinin yüksək olması səbəbindən məntəqədə ödəniş edilmədiyi üçün şəxs bileti səhvən zibil qutusuna atıb.

Daha sonra yaxınlarından biri onun həmişə oynadığı rəqəmlərin qalib gəldiyini xatırladıb. Bundan sonra şəxs bileti atdığını anlayaraq dərhal geri qayıdıb, lakin bilet artıq zibil maşını tərəfindən götürülmüşdü.

6 ton tullantı arasında axtarış aparıldı.Hadisədən xəbər tutan tullantı idarəetmə şirkətinin əməkdaşları zibil maşınını tullantılar preslənmədən əvvəl müəyyən edərək saxlayıblar.

Şirkətin rəhbəri Roberto Nicola Toscano bildirib ki, əməkdaşlar iki gün ərzində 6 tonluq zibil yığını arasında axtarış aparıblar. Nəticədə 1 milyon avroluq qalib bilet tapılıb.

Toscano bildirib ki, bilet digər zədələnmiş kağızların arasında olub, lakin demək olar ki, salamat qalıb. Axtarışda iştirak edən işçilər də bilet tapıldıqda böyük sevinc yaşayıblar.

Məlumata görə, axtarış əməliyyatının xərcləri qalib şəxs tərəfindən qarşılanacaq. Lotereya sahibinin kimliyi açıqlanmayıb.

Hadisə İtaliyada “ilin ən şanslı insanı” kimi qiymətləndirilib.

Mənbə: Trthaber.com

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *