Alimlər Günəş sistemindən kənarda yerləşən bir planetdən gələn radio siqnallarını ilk dəfə birbaşa qeydə alıblar. Kəşf kainatdakı uzaq planetlərin xüsusiyyətlərini öyrənmək üçün yeni imkanlar yaradır.
Harvard-Smithsonian Astrofizika Mərkəzi və Oreqon Universitetinin tədqiqatçıları Cənubi Afrikadakı MeerKAT radio teleskoplarından istifadə edərək 63,4 işıq ili uzaqlıqda yerləşən Beta Pictoris sistemini müşahidə ediblər. Araşdırmalar nəticəsində qeydə alınan qısa və təkrarlanan radio siqnalların ulduzdan deyil, Beta Pictoris b adlı nəhəng planetdən gəldiyi müəyyən edilib.
Alimlər bildiriblər ki, bu siqnallar planetin maqnit sahəsi ilə bağlıdır. Araşdırmaya əsasən, Beta Pictoris b planetinin maqnit sahəsinin gücü Yerdəkindən minlərlə dəfə daha böyük ola bilər.
Bu kəşf astronomlara uzaq planetlərin atmosferini, maqnit sahələrini və həyat üçün mümkün şərtləri daha dərindən araşdırmağa kömək edə bilər.







