XeberPlus

Ən son xəbərlər

Hadisə

İcra başçısının sürücüsü qəzada öldü – FOTO

Zaqatalada ağır yol qəzası baş verib.

XeberPlus.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Opel” və “VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.

Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *