Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü
Zaqatalada yeniyetmə qız dəm qazından boğularaq həyatını itirib. XeberPlus.com APA-a istinadla bildirir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.





