Heyvanlar aləmi insanı təəccübləndirən qeyri-adi xüsusiyyətlərlə zəngindir. Bəzi canlılar bir neçə ürəyə, digərləri isə xüsusi hissiyyat qabiliyyətinə malikdir. Bəzi canlıların bədən quruluşu, davranışları və yaşama qabiliyyəti haqqında öyrəndiklərimiz təbiətin nə qədər maraqlı olduğunu göstərir. Məsələn, delfinlər yatarkən beyinlərinin bir hissəsini oyaq saxlayır, qarğalar insan üzlərini yadda saxlaya bilir, fillər isə yerdəki titrəyişləri hiss edirlər. Üstəlik, pişiklərin şirin dadı hiss edə bilməməsi və flaminqoların çəhrayı rəngini qidalarından alması kimi maraqlı xüsusiyyətlər də var.
XeberPlus.com heyvanlar haqqında maraqlı faktları təqdim edir:
- Qurbağalar suyu dəriləri vasitəsilə qəbul edə bilir.
- Pişiklər şirin dadı hiss edə bilmir.
- Qunduzların dişləri ömür boyu böyüyür.
- Yarasaların yalnız üç növü qanla qidalanır.
- Bəzi yarasalar nektar toplayarkən tozcuqları bir bitkidən digərinə daşıyırlar nəticə də, çiçəkləri tozlandırırlar.
- Yarasalar aktiv uçan yeganə məməlilərdir.
- Ana yarasalar balalarını özünəməxsus səsləri vasitəsilə ayırd edə bilirlər.
- Bəzi güvələr qaranlıqda çiçəklər arasında hərəkət edərək bitkilərin çoxalmasına kömək edirlər.
- Ahtapotların qanlarında oksigeni daşıyan mis tərkibli hemosianin zülalı var.
- Dəniz samurları yatarkən əl-ələ tuturlar.








