XeberPlus

Ən son xəbərlər

Maraqlı

“Halloween” bayramı bu tarixdə olacaq

Dünyanın müxtəlif yerlərində qeyd edilən “Halloween” bayramının keçiriləcəyi gün məlum olub.

XeberPlus.com xəbər verir ki, bayram 31 Oktyabrda keçiriləcək.

Bu bayram xüsusilə ABŞ, Kanada, Böyük Britaniya və İrlandiyada məşhurdur.

Halloween-in əsasını qədim keltlərin Samhain mərasimi təşkil edir. Keltlər üçün bu gün məhsul mövsümünün başa çatması və qışın başlanması demək idi. Onlar 31 oktyabr gecəsi ölülərin ruhlarının dünyaya qayıda biləcəyinə inanırdılar.

Bu inanclara görə, insanlar gecə vaxtı tonqallar yandırır, müxtəlif geyimlərdən istifadə edir və ruhlardan qorunmaq üçün müəyyən mərasimlər keçirirdilər. Sonrakı dövrlərdə bu ənənələr xristianlıqla əlaqəli mərasimlərlə birləşərək yeni forma aldı. “All Hallows’ Eve” yəni “Bütün Müqəddəslər Gününün ərəfəsi” ifadəsi zamanla dəyişərək Halloween adlandırılmağa başladı.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *