Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı keçirib. Danışıq zamanı regional vəziyyət və Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlar müzakirə olunub.
XeberPlus.com xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Ərdoğan görüş zamanı Səudiyyə Ərəbistanı ərazisini hədəf alan husilərin hücumlarını qınayıb və hücumlarda həyatını itirənlər üçün başsağlığı verib.
Türkiyə lideri ölkəsinin bundan sonra da Səudiyyə Ərəbistanının yanında olacağını bildirib. Görüşdə bölgədəki son proseslərlə bağlı fikir mübadiləsi aparıldığı qeyd olunub.
Danışıq iki ölkə arasında regional təhlükəsizlik məsələləri və əməkdaşlıq baxımından diqqət çəkib. Tərəflərin bölgədə sabitliyin qorunmasının vacibliyini vurğuladığı bildirilib.
Qeyd edək ki, Türkiyə və Səudiyyə Ərəbistanı son dövrlərdə müdafiə və regional məsələlər üzrə əlaqələri inkişaf etdirməyə çalışır.








