XeberPlus

Ən son xəbərlər

Ölkə

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni kadr təyinatı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində yeni kadr təyinatı həyata keçirilib.

NOCOMMENT.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev tərəfindən müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Nərminə Rzayeva Agentliyin Tibbi xidmət ehtiyaclarının strateji təhlili və planlanması şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Nərminə Rzayeva 2024-cü ildən bu təyinata qədər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində eyni vəzifədə çalışıb.

Yeni təyinatla o, fəaliyyətini Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyində davam etdirəcək.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *