Son illərdə boşanma hallarının artması ailə münasibətlərində yaşanan problemləri daha çox gündəmə gətirir. Mütəxəssislərin fikrincə, ailələrin dağılmasına tək bir səbəb deyil, bir-biri ilə əlaqəli bir neçə amil təsir göstərə bilər.
XeberPlus.com əsas səbəblər sırasında maddi problemlər, mənəvi boşluqlar və xəyanət, münasibətlərə başqa insanlar tərəfindən müdaxilə və s. Bu səbəblər zamanla böyüyür və cütlüklər arasında daha ciddi problemlərə səbəb olur.
Bundan əlavə sosial şəbəkələrdə göstərilən qeyri-real münasibətlərdə gözləntiləri artırı və uzaqlaşmaya səbəb olur.
Sevgi hissinin azalması da burada önəmli faktor kimi çıxış edir. Məsələn, bir-birini sevən iki cütlük ailə həyatına addım atdıqdan sonra zamanla əvvəlki qədər sevgi hiss etmirlər. Bəzən isə kişi yaxud qadının ailə həyatı qurmaq istəməməsi, məcburi evlilik və erkən nigahda boşanmaları artıran amil kimi çıxış edir.
Tərəflərdən birində olan hədsiz qısqanclıqda problemi dərinləşdirə bilər. Hədsiz qısqanclıq münasibətin korlanmasında biləvasitə rol oynayır. Qısqanclığın əsas səbəbləri arasında özünə və tərəfdaşa inamın zəif olması, keçmişdə yaşanan mənfi təcrübələr, xəyanət qorxusu, həddindən artıq bağlılıq və özgüvən problemi göstərilir. Bəzən isə heç bir real səbəb olmadığı halda yaranan şübhələr münasibətdə davamlı mübahisələrə səbəb olur.
Maddi çətinlik isə əsas faktor kimi boşanmaların artmasında rol oynayır. Gəlirin kifayət etməməsi, xərclərin artması ilə bağlı fikir ayrılığı evliliyin sona çatmasına şərait yaradır.
Mütəxəsisslərin fikirincə,ailənin sağlam şəkildə davam etməsində qarşılıqlı hörmət, ehtiram, inam və problemləri bərabər həll etməyə çalışmaq mühim rol oynayır. Çünki bir çox hallarda boşanmaya gətirib çıxaran məsələ təkcə hadisənin özü deyil, tərəflərin həmin problemlərlə necə davrandığı olur.







