Elnarə Abdullayeva nənə olacaq
Əməkdar artist Elnarə Abdullayeva nənə olacaq. Axşam.az xəbər verir ki, bu barədə aparıcı Aytəkin Mərdanova “Qonaqcanlı” verilişində məlumat verib. O bildirib ki, xanəndənin qızı Xədicə ana olmağa hazırlaşır. E.Abdullayeva xəbəri təsdiqləyərək “Allah qismət eləsin, tezliklə məni təbrik edəcəksiniz” sözlərini deyib.















