XeberPlus

Ən son xəbərlər

Təhsil

“Azərbaycanın PISA-da geridə qaldığı əsas sahə oxuyub-anlamadır” – Ekspertlə MÜSAHİBƏ

Son illərdə Azərbaycanda təhsil sahəsində həyata keçirilən yeniliklər şagirdlərin bilik və bacarıqlarının beynəlxalq meyarlar əsasında qiymətləndirilməsinə imkan yaradıb. Son PISA nəticələrində riyaziyyat və təbiət elmləri üzrə göstəricilərin yüksəlməsi isə təhsil sistemində aparılan dəyişikliklərin nəticələrini yenidən gündəmə gətirib. Xüsusilə Bakının riyazi savadlılıq üzrə 91 ölkə arasında 49-cu pillədə qərarlaşması bu irəliləyişin hansı amillərlə bağlı olduğu və növbəti mərhələdə hansı istiqamətlərə diqqət yetirilməli olduğu barədə suallar yaradır.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli XeberPlus.com-a müsahibə verib:

Məzahir bəy, Riyaziyyat və təbiət elmləri üzrə nəticələrin yüksəlməsi Azərbaycan təhsil sistemində hansı dəyişikliklərin nəticəsi kimi qiymətləndirilə bilər?

-“Burada ötən ilki illərlə müqayisədə kifayət qədər yüksək nəticələr var. Bu artıq Azərbaycanın dünya təhsil sisteminə integrasiyasının bir nümunəsidir. Bakının PISA üzrə nəticələrin ilk sıralarda gəlməsi isə artıq bu təcrübəni digər məktəblərə, xüsusilə region məktəblərinə də tətbiq etməyə imkanı verir”.

PISA nəticələrində daha çox irəliləyişin olması üçün növbəti illərdə nələrə diqqət yetiriləcək?

-“PISA nəticələrini daha da yaxşılaşdırması məqsədilə növbəti il üçün xüsusi hazırlıqlar artıq başlanılıb. Yəni, ümid edirəm ki, 2029-2030-cu illərə qədər olan nəticələr daha ürəkaçan olacaq. Sadəcə olaraq təəssüf doğuran bir hal odur ki, Azərbaycanda oxuyub-anlama ilə bağlı müəyyən problemlər var. Azərbaycanın PISA ilə bağlı geridə qaldığı sahədə məhz bununla bağlıdır. Məsələ müvafiq qurumlar tərəfindən diqqətə alınıb”.

-Bakı riyazi biliklər üzrə 91 ölkə arasında 49-cu yerdədir. Oxuyub-anlamada isə müəyyən qədər geridədir. Məsələni necə qiymətləndirirsiniz?

-“Elm və Təhsil Nazirliyi, MÜTDA və digər qurumlar tərəfindən bir məsələ xüsusi vurğulanırdı ki, Azərbaycanda oxuyub-anlama ilə bağlı müəyyən zəiflik mövcuddur. Nəticələrə görə diqqət yetirilməli məqamlardan biri də budur və bu istiqamətdə artıq müvafiq mövqenin ortada olduğunu bilirik. Ona görə də məsələ ilə bağlı həm regional idarələr, həm Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həm Naxçıvan Muxtar Respublikasının Elm və Təhsil Nazirliyi, həmçinin MÜTDA artıq Elm və Təhsil Nazirliyinin strategiyası üzrə hərəkət etməlidirlər”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *