XeberPlus

Ən son xəbərlər

İdman

Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının (ASİNF) birgə təşkilatçılığı əsasında 31 avqust – 2 sentyabr aralığında Azərbaycan çempionatı keçiriləcək.

XeberPlus.com BAKU.WS-a istinadla xəbər verir ki, akademik avarçəkmə, kayak və kanoe növləri üzrə yarış Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq.

Ölkə çempionatında Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

Avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda mübarizə aparacaqlar. Həmçinin Azərbaycan çempionatında ilk dəfə kayak üzrə qarışıq cütlüklərin yarışı baş tutacaq.

Qeyd edək ki, ölkə çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq ənənəvi “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə hazırlıq və seçim xarakteri daşıyır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *