Ankaranın Əgərliören məhəlləsi yaxınlığındakı Alperen yaylasında günorta saatlarında meşə yanğını baş verib. Küləyin təsiri ilə alov qısa müddətdə geniş əraziyə yayılıb.
Hadisə ilə bağlı əraziyə yanğınsöndürən və Meşə Təsərrüfatı Baş İdarəsinin əməkdaşları cəlb olunub. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir.


Mənbə: dha.com.tr






