XeberPlus

Ən son xəbərlər

Mədəniyyət

Aleksandr Şarovski vəfat edib

Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.

XeberPlus.com xəbər verir ki, Xalq artisti Aleksandr Şarovski 78 yaşında vəfat edib.
O Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində müalicə alırdı.

A.Şarovski aktyor kimi həyat verdiyi Rezo (“Premyera”, L.Roseb), Eldar (“Qum üzərində ev”, R.İbrahimbəyov), Şeyx Sənan (“Şeyx Sənan”, H.Cavid), Fərhad (“Fərhad və Şirin”, S.Vurğun), Henrix (“Kral Lir”, V.Şekspir), Mehmandarov (“Neft bumu”, M.İbrahimbəyov) – ümumilikdə 50-dən çox obraz tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Sənətkar eyni zamanda “Yarımçıq qalmış mahnı” (1979), “Anın quruluşu” (1980) “Qorxma, mən səninləyəm” (1981) və “Lətifə” (1989) filmlərində çəkilib.

O, respublikanın “Əməkdar artist” (1987), “Xalq artisti” (1998) fəxri adlarına, “Şöhrət” (2008), “Şərəf” (2018), “Prezidentin fəxri diplomu” (2023) ilə təltif edilib. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *