XeberPlus

Ən son xəbərlər

Hadisə

50-dən çox azərbaycanlının olduğu avtobus dəhşətli qəzaya düşdü: ölənlər var

Bakıdan Gürcüstana qatarla gedən, daha sonra avtobusla Moskva istiqamətində yola davam edən azərbaycanlılar Rusiyanın Stavropol diyarında ağır qəzaya düşüblər.

Bu barədə Stavropol diyarı üzrə Azərbaycan icmasının rəhbəri Fəxrəddin Yarıyev məlumat verib.

O bildirib ki, avtobusda 50-dən çox Azərbaycan vətəndaşı olub. Qəza nəticəsində 6 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Rusiyanın Stavropol diyarında sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 5 olaraq qalır, yaralananların sayı isə 38 nəfərə çatıb.

Bu barədə Stavropol diyarının Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi məlumat yayıb.

Qurumun məlumatına görə, qəza nəticəsində sərnişin avtobusunda olan 5 nəfər hadisə yerində ölüb. Daha 38 nəfər, o cümlədən 10 uşaq Pyatiqorsk şəhərinin Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.//NOCOMMENT.az 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *