ABŞ-da edam prosesi zamanı gözlənilməz hadisə baş verib. Zəhərli iynə ilə ölüm cəzası icra edilən məhkum Christa Pike-nın həyata qayıtdığı və huşunun qayıtmasö ilə danışmağa başladığı açıqlanıb.
XeberPlus.com xəbər verir ki, 50 yaşlı Christa Pike hazırda xəstəxanada müalicə olunur. Pikenin vəkilləri qadının vəziyyətinin tibbi baxımdan çox nadir hal olduğunu bildiriblər.
Məlumata görə, Pike 1995-ci ildə Colleen Slemmer adlı qadının qətli ilə bağlı ölüm cəzasına məhkum edilib. Edamdan sonra gözlənilən nəticə baş verməyib və məhkumda həyata qayıtma əlamətləri müşahidə olunub.
Hadisədən sonra Pike xəstəxanaya yerləşdirilib və təxminən bir həftədir tibbi nəzarət altındadır. Həkimlər onun orqanizmindəki yüksək dozalı dərmanların təsirini azaltmağa çalışıblar.








