XeberPlus

Ən son xəbərlər

Texnologiya

Niderlandda ciddi kibertəhlükə – Dövlət saytları bağlandı

Niderlandda aşkar edilən ciddi təhlükəsizlik boşluqları səbəbindən bir sıra dövlət saytlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Nəticədə vətəndaşların müxtəlif dövlət xidmətlərinə onlayn çıxışında məhdudiyyətlər yaranıb.

XeberPlus.com xəbər verir ki, problem internet saytlarının hazırlanmasında geniş istifadə olunan PHP proqramlaşdırma dilində aşkarlanan iki kritik təhlükəsizlik boşluğu ilə əlaqədardır.

Ölkənin Baş naziri Rob Yetten bildirib ki, vətəndaşların rəqəmsal dövlət xidmətlərindən istifadə etdiyi “DigiD” və “MijnOverheid” platformaları təhlükəsizlik məqsədilə müvəqqəti bağlanıb. Saytların təhlükə aradan qaldırıldıqdan sonra yenidən istifadəyə verilməsi nəzərdə tutulur.

Niderlandın Milli Kibertəhlükəsizlik Mərkəzinin məlumatına görə, aşkarlanan boşluqlar kibercinayətkarlara istifadəçi adı və şifrə olmadan həssas serverlərə müdaxilə etmək imkanı yarada bilər.

Qurum sistem sahiblərinə təhlükəsizlik yeniləmələrini dərhal quraşdırmağı və risk altında olan sistemləri müvəqqəti olaraq internetdən ayırmağı tövsiyə edib.

Məlumata əsasən, təhlükəsizlik problemi təkcə Niderlandda deyil, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən internet saytlarına da təsir göstərib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *