Qara dənizdə Rumıniya sahillərində batan ticarət gəmisində olan azərbaycanlıların adları məlum olub.
XeberPlus.com Axar.az-a istinadən xəbər verir ki, gəminin göyərtəsində olan üç Azərbaycan vətəndaşı xilas edilib.
Onlar Kənan Cabbar oğlu Həsənov, Rüfən Xaliq oğlu Əhmədov və İmran Hüseyn oğlu Tağıyevdir.
Məlumata görə, hücum zamanı Rüfən Əhmədov yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində azərbaycanlıların da olduğu ticarət gəmisinin batması nəticəsində bir nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən “Realitatea Plus” telekanalı yayıb.








