Çinin Tibet bölgəsində 7 bal güclü zəlzələ baş verib. Yeraltı təkanlar bölgədə ciddi narahatlığa səbəb olub.
XeberPlus.com xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin məlumatına əsasən, zəlzələ oktyabrın 22-də yerli vaxtla saat 23:33-də qeydə alınıb.
Zəlzələnin episentri Tibetin şimalındakı Naqqu şəhəri yaxınlığında yerləşib. Yeraltı təkanların mərkəzi 10 kilometr dərinlikdə olub.
Məlumata görə, bu, Çində 2024-cü ilin yanvarından bəri qeydə alınan ən güclü zəlzələdir. Episentrin Tibetin paytaxtı Lhasadan təxminən 400 kilometr məsafədə yerləşdiyi bildirilir.
Hələlik zəlzələ nəticəsində ölənlər, xəsarət alanlar və dağıntılar barədə rəsmi məlumat verilməyib.








