Çinli telefon istehsalçıları köhnə telefonların RAM-larını söküb yenidən istifadəyə verdilər
Çində bəzi smartfon istehsalçılarının köhnə telefonlardan çıxarılan operativ yaddaş çiplərini yeni cihazlarda istifadə etməyə başladığı bildirilir. Məqsəd bahalaşan komponentlərə çəkilən xərci azaltmaq və tədarük çətinliklərini aradan qaldırmaqdır.
XeberPlus.com xəbər verir ki, Asiya bazarı ilə bağlı yayılan hesabatda bu üsulun əsasən büdcə telefonlarında tətbiq olunduğu qeyd edilir. Hətta bəzi istehsalçıların həmin modelləri tamamilə təkrar istifadə olunan DRAM çipləri ilə təchiz etməyi planlaşdırdığı deyilir.
Bunun üçün 5-6 illik cihazlardan yaddaş çipləri sökülür, yoxlanılır və yeni telefonların elektron lövhələrinə lehimlənir. Yaddaş qiymətlərinin artması əvvəllər az dəyər verilən bu hissələri yenidən gəlirli məhsula çevirib.
Lakin qənaət məqsədilə seçilən bu üsul keyfiyyətə nəzarəti daha vacib edir.








