XeberPlus

Ən son xəbərlər

Dünya

76 yaşlı qadın keçmiş ərinin sevgilisini güllələyib

ABŞ-də 76 yaşlı qadın keçmiş ərini və onun 40 yaşlı sevgilisini güllələməkdə ittiham olunur.

XeberPlus.com xəbər verir ki, hadisə Uvalda qəsəbəsində baş verib. Məlumata görə, Qreys 75 yaşlı keçmiş əri və onun 40 yaşlı sevgilisi olduğu evə daxil olaraq atəş açıb. Hər iki şəxs hadisə yerində həyatını itirib.

Hücum zamanı evdə olan qadının anası da qolundan yaralanıb. Təcili yardım xidmətinə zəng edən qadının sözlərinə görə, hücumdan əvvəl heç bir mübahisə yaşanmayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, keçmiş həyat yoldaşları 10 ildən çox əvvəl boşansalar da, sonradan münasibətlərini vaxtaşırı davam etdiriblər.

Hadisədən sonra polisə getdiyi bildirilən qadın saxlanılıb. Ona qarşı ümumilikdə yeddi ittiham irəli sürülüb. Faktla bağlı araşdırma davam edir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *