XeberPlus

Ən son xəbərlər

Texnologiya

iPhone 18-in yeni dizaynı sızdı

“Apple” şirkətinin 2027-ci ildə təqdim etməsi gözlənilən iPhone 18 modelinin görüntüləri yayılıb. Sızdırılan məlumatlara görə, yeni telefon əvvəlki modellərdən fərqli dizayna sahib olacaq.

XeberPlus.com xəbər verir ki, iPhone 18-in arxa kamera bloku geniş və üfüqi formada hazırlanacaq. İki əsas kameranın yanaşı yerləşəcəyi, gümüşü, çəhrayı və tünd mavi rəng seçimlərinin olacağı iddia edilir.

Telefonun texniki xüsusiyyətləri də diqqət çəkir. Modeldə yeni A20 prosessoru, 9 GB operativ yaddaş, 48 meqapiksellik əsas kamera və 18 meqapiksellik ön kamera ola bilər. Cihazın iOS 27 sistemi ilə təqdim ediləcəyi gözlənilir.

Məlumata görə, standart iPhone 18 modeli 2027-ci ilin yazında satışa çıxarıla bilər.Qeyd edək ki, yayılan dizayn görüntüləri və texniki xüsusiyyətlər hələ rəsmi təsdiqini tapmayıb. “Apple” yeni model barədə ətraflı məlumat açıqlamayıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *