XeberPlus

Ən son xəbərlər

Texnologiya

Samsung 5 yeni qatlanan telefon təqdim edəcək

Galaxy Z Fold8 modelinin satışa çıxarılmasından sonra yüksək satış göstəriciləri əldə etməsi Samsungun qatlanan telefon strategiyasını genişləndirməsinə səbəb olub.

Əldə edilən məlumatlara görə, şirkət gələn il qatlanan cihazlar seriyasını genişləndirərək 5 yeni model təqdim etməyi planlaşdırır. Z9 nəsli ümumilikdə beş fərqli modeldən ibarət olacaq. Portfeldə yer alacağı gözlənilən modellər isə belə sıralanır:

Geniş ekranlı Galaxy Z Fold9

Video yönümlü ikinci geniş qatlanan model

Galaxy Z Fold9 Ultra

Galaxy Z Flip9

Yeni nəsil Galaxy Z TriFold

Qeyd edək ki, giriş səviyyəli Z Flip FE modelinin hazırlanmasının dayandırıldığı bildirilir. Bununla yanaşı, Galaxy Z Flip seriyasının istehsalının dayandırılacağı ilə bağlı iddiaların da həqiqəti əks etdirmədiyi təsdiqlənib.// WebTekno


LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *