XeberPlus

Ən son xəbərlər

Texnologiya

Tozsoran alovlandı – Ev yandı

Rusiyada naqilə qoşulu vəziyyətdə olan Xiaomi robot tozsoranı qəfil alovlanaraq mənzildə yanğına səbəb olub. Hadisə zamanı evdə heç kimin olmaması mümkün faciənin qarşısını alıb.

XeberPlus.com xəbər verir ki, yanğın zamanı mənzilə yayılan tüstüdən qorxan ev iti divanın altında gizlənib. Hadisə yerinə gələn yanğınsöndürənlər iti xilas edərək təhlükəsiz yerə çıxarıblar.

Yanğının səbəbi hələlik məlum deyil. İlkin ehtimallara görə, hadisə batareyadakı qısaqapanma və ya elektrik nasazlığı ilə bağlı ola bilər. Səbəbin dəqiqləşdirilməsi üçün araşdırma aparılır.

Hadisədən sonra mütəxəssislər istifadəçilərə robot tozsoranların batareyasını və elektrik cərəyanını mütəmadi yoxlamağı, cihazda həddindən artıq qızma və ya deformasiya əlamətləri müşahidə etdikdə ehtiyatlı olmağı tövsiyə ediblər.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *