XeberPlus

Ən son xəbərlər

Texnologiya

Audi Q4 e-tron satışa çıxarıldı

Audi yenilənmiş Q4 e-tron elektrikli avtomobilini Türkiyə bazarına təqdim edib. Model iki versiyada göstərilib.

XeberPlus.com xəbər verir ki, yeni Q4 e-tron-un Türkiyədə qiyməti 4 milyon 249 min türk lirəsindən başlayır. İdman versiyasının başlanğıc qiyməti isə 4 milyon 401 min lirədir.

Model bir enerji doldurmaqla 563 kilometrə, idman üslublu versiyası isə 576 kilometrə qədər məsafə qət edə bilir. 185 kVt gücündə sürətli enerji doldurma sistemi batareyanı 27 dəqiqəyə 10 faizdən 80 faizə qədər doldurmağa imkan verir.

Avtomobildə 11,9 düymlük rəqəmsal cihazlar paneli, 12,8 düymlük multimedia ekranı və ChatGPT əsaslı səsli köməkçi də yer alır. Bundan başqa, batareyadan xarici cihazlara enerji ötürmək funksiyası da mövcuddur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *