XeberPlus

Ən son xəbərlər

Texnologiya

iPhone istifadəçilərinin DİQQƏTİNƏ

iPhone istifadəçiləri yeni təhlükə ilə qarşı-qarşıyadır. Təhlükəsizlik mütəxəssisləri DarkSword adlı casus proqramın daha inkişaf etmiş versiyasını aşkar ediblər.

XeberPlus.com xəbər verir ki, “P7 DarkSword” adlanan yeni versiya köhnə sistemlərdəki zəifliklərdən istifadə edərək cihazdakı məlumatlara giriş əldə etməyə çalışır.

Mütəxəssislərin bildirdiyinə görə, bu proqram istifadəçinin xəbəri olmadan işləyə, bəzi şəxsi məlumatları oğurlaya və cihaz üzərində nəzarət yaratmağa imkan verə bilər.Yeni versiyanın xüsusilə fotoşəkillər, qeydlər, tətbiq məlumatları və kriptovalyuta hesabları ilə bağlı məlumatları hədəf aldığı bildirilir.

Araşdırmalara görə, hücumçular zərərli reklamlar və saxta internet səhifələri vasitəsilə istifadəçiləri hədəf ala bilirlər.İstifadəçi adi görünən bir sayta daxil olduqda belə, cihaz təhlükə ilə qarşılaşa bilər.

Mütəxəssislər iPhone istifadəçilərinə cihazlarını qorumaq üçün əməliyyat sistemini vaxtında yeniləməyi, tanımadıqları linklərə daxil olmamağı və şübhəli tətbiqləri yükləməməyi tövsiyə edir. Həmçinin Apple hesabının təhlükəsizlik ayarlarının yoxlanılması da mümkün risklərin qarşısını almağa kömək edə bilər.

Hazırda bu tip casus proqramların əsas hədəfi daha çox xüsusi şəxslər və təşkilatlar olsa da, mütəxəssislər bildirirlər ki, kibertəhlükələr sürətlə dəyişir və adi istifadəçilər də ehtiyatlı olmalıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *