Parlaq qırmızı rəngi, xoş ətri və şirin-turş dadı ilə seçilən çiyələk insanların sevimli meyvələrindən biridir. Bu meyvə yalnız dadı ilə deyil, tərkibindəki vitaminlər, minerallar və bitki mənşəli faydalı maddələrlə də diqqət çəkir. Çiyələk sağlam qidalanmanın bir hissəsi kimi immun sisteminin normal fəaliyyətini dəstəkləyə, həzmi yaxşılaşdıra və orqanizmin ehtiyac duyduğu bəzi vacib qida maddələrini təmin edə bilər.
XeberPlus.com çiyələyin faydalarını təqdim edir:
1.Çiyələyin tərkibindəki C vitamini immunitet sisteminin fəaliyyətini dəstəkləyir.
2.Çiyələyin qəbul edilməsi dərinin sağlamlığının qorunmasına və elastikliyinin artmasına kömək edir.
3.Çiyələkdə olan lif bağırsaqların sağlamlığı üçün faydalıdır.
4.Çiyələkdə olan antosianinlər ürək-damar sağlamlığı üçün xeyirlidir.
5.Qan təzyiqinin tənzimlənməsinə töhfə verə bilər.
6.Çiyələyin tərkibində olan zəngin maddələr hüceyrələrin yenilənməsinə kömək edir.
7.Çiyələk yemək gözlər və beyin üçün faydalıdır.
8.Tərkibində olan faydalı minerllar sümüklər üçün vacibdir.
9.Çiyələkdə olan folat hamilələr üçün xeyirlidir.
10.Çiyələyin tərkibində olan dəmir orqanizm üçün faydalıdır.








