XeberPlus

Ən son xəbərlər

Hadisə

Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda ötən ay dənizdə batan şəxsin meyiti tapılıb.

XeberPlus.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, 24 sentyabr 2026-cı il tarixində Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində dənizdə batan 1944-cü il təvəllüdlü Fərhad Məsim oğlu İsgəndərovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *