Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov vəfat edib.
XeberPlus.com xəbər verir ki, polis mayoru Daşaltı kəndində xidməti vəzifəsini yerinə yetirərkən elektrik cərəyanının vurması nəticəsində ağır xəsarət alıb.
Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib. Aldığı xəsarətlər səbəbindən onun qolları amputasiya olunub.
Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib.








