Qaranlıq və sirli dünyası ilə tanına yarasalar uçan yeganə məməlilərdir. Onlar iti uçuşa sahib heyvanlardır. Dünyada 1500-dən çox yarasa növü müvcuddur. Onlar təbiətdə olan zərərvericilərin sayını azaltmaqda rol oynayır.
XeberPlus.com xəbər verir ki, yarasaların ən diqqətçəkən xüsusiyyətlərindən biri exolokasiya qabiliyyətidir. Bir çox növ yüksək tezlikli səslər çıxarır və səs dalğalarının əks-sədasını qəbul edərək ətrafdakı obyektlərin yerini müəyyənləşdirir. Bu üsul onlara hətta tam qaranlıqda uçmağa və ovlarını tapmağa imkan verir.
Yarasalar balıq və kiçik həşəratlarla qidalanırlar. Lakin meyvə ilə qidalanan yarasalarda mövcuddur. Onlar çiçəklərdən nektar qəbul edərkən tozcuqları bir bitkidən digərinə daşıyırlar. Bu proses bir sıra tropik bitkilərin çoxalmasında mühüm rol oynayır.
Yarasalar başıaşağı formada yatırlar. Bu heç də təsadüfü deyil. Bu onların ayaqlarında olan vətərlə əlaqəlidir. Bu vətər vasitəsilə onlar mağaralarda və bəzi yerlədə rahatlıqla tutunub dura bilirlər. Həmçinin bu təhlükə zamanı uçmağa şərait yaradır.
Bəzi yarasa növlərinin 20, 30 və hətta daha çox il yaşadığı qeydə alınıb. Yarasalar arasında ölçü baxımından böyük fərq var. Dünyanın ən kiçik məməlilərindən biri hesab olunan Kitti donuzburunlu yarasası olduqca kiçikdir. Onun bədən uzunluğu təxminən 3–4 santimetr, çəkisi isə cəmi 2 qrama yaxın ola bilər.








