XeberPlus

Ən son xəbərlər

Maraqlı

Yaponiya niyə suşi ilə məşhurdur? – Dünyaya yayılan məşhur dadın hekayəsi

Dünyada 200-dən çox dövlət mövcuddur. Bu dövlətlərin hər biri öz məhşur xüsusiyyətlərilə seçilirlər. Məsələn, Yaponiya suşisilə məhşurdur. Bu yemək demək olar ki, dünyada hər kəs tərəfindən tanınır və sevilir.

Bəs suşini məşhur edən nədir?

Suşinin tarixi indiki formasından xeyli əvvələ gedib çıxır. Onun ilkin variantında balığın uzun müddət saxlanması üçün düyüdən istifadə edilməsidir. Zaman keçdikcə hazırlama üsulu dəyişdi və düyü artıq sadəcə balığı qorumaq üçün deyil, yeməyin özünün əsas hissələrindən birinə çevrildi.

Suşinin bugünkü məşhur formasının yaranmasında isə Yaponiyanın Edo dövrü xüsusi rol oynayıb. XIX əsrdə indiki Tokio şəhəri Edo adlanırdı və burada əhalinin sürətlə artması gündəlik həyatda tez hazırlanan yeməklərə tələbatı artırmışdı. Bu dövrdə sirkəli düyünün üzərinə balıq qoyularaq hazırlanan nigiri suşi populyarlaşmağa başladı.

Suşinin başqa bir xüsusiyyəti isə sadəliyidir. Düyü, balıq, dəniz məhsulları və bir neçə əlavə inqrediyentlə hazırlansa da, məhsulların keyfiyyəti və hazırlanma qaydası yeməyin dadında böyük rol oynayır.

Suşi adətən soya sousu ilə birlikdə təqdim olunur. Soya sousu suşiyə duzlu və umami dad verir, xüsusilə balığın dadını tamamlayır. Onun suşi ilə istifadəsi Yaponiyada xüsusilə Edo dövründə nigiri suşinin yayılması ilə genişlənib.

Suşinin beynəlxalq səviyyədə tanınması xüsusilə XX əsrdə sürətləndi. Yaponiyadan başqa ölkələrdə yaşayan yapon icmaları və sonradan açılan restoranlar bu mətbəxin dünyaya yayılmasına təsir göstərdi.

Zaman keçdikcə müxtəlif ölkələrdə yerli zövqlərə uyğun yeni suşi növləri də meydana çıxdı. Beləliklə, suşi yalnız ənənəvi yapon yeməyi kimi deyil, dünyanın müxtəlif yerlərində fərqli formalarda təqdim olunan beynəlxalq mətbəx nümunəsinə çevrildi.

Bu gün suşi ABŞ-dan Avropaya, Yaxın Şərqdən Asiyanın digər ölkələrinə qədər geniş yayılıb. Bir çox ölkədə suşi restoranları fəaliyyət göstərir və yeməyin müxtəlif müasir versiyaları hazırlanır.

Suşi sevilsədə, onun çox qəbul edilməsi yaxşı deyil. Belə ki, suşidə istifadə edilən çiy balıq problemi illərlə müzakirə mövzusu olub. Fikirlərə əsasən çiy balıqda olan təmizlənməmiş bağırsaq qurdaları ola bilir. Lakin yapon aşpazları bu iddianı qəbul etməyirlər.

Həmçinin çiy balıqla daimi qidalanmaq qaraciyər üçün ziyanlıdır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *